
ABŞ-də tədqiqatçılar qida və içkilərin dadlarını rəqəmsal məlumatlara çevirərək kimyəvi maddələrlə təqlid edə bilən sistem hazırlayıblar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ohio Dövlət Universitetinin alimləri tərəfindən hazırlanmış “e-Taste” beş əsas dadı təmsil edən kimyəvi maddələrdən istifadə edərək qida və içkilərin ləzzətlərini rəqəmsallaşdırır.
Dadlar sensorlar vasitəsilə məlumatlara çevrilir və dilin xüsusi sahələrinə ötürülür, bu da onların hiss olunmasına imkan verir.
Sistem 10 nəfərlik qrupa müxtəlif turşluq səviyyələrindəki dadlar təqdim edilərək sınaqdan keçirilmişdir.
İlk təcrübədə dadın imitasiya dəqiqliyi 70 faizlə ölçüldü.
Daha mürəkkəb dadların sınaqdan keçirildiyi ikinci sınaqda limonad, tort, qızardılmış yumurta, qəhvə və balıq şorbası kimi ləzzətlərin 87 faiz dəqiqliklə uyğunlaşdığı müəyyən edilib.
Tədqiqatçılar bildirirlər ki, “e-Taste” texnologiyası virtual reallıqla inteqrasiya oluna bilər. Bu sistemin biotibbi araşdırmalardan onlayn alış-verişə, çəki nəzarətindən fiziki reabilitasiyaya qədər bir çox sahədə istifadə oluna biləcəyi nəzərdə tutulur.
Bununla belə, sistemin hələ də ədviyyatlı və yağlı dadları tam təqlid edə bilmədiyi və dad təcrübəsində mühüm rol oynayan qoxu faktorunu ehtiva etmədiyi vurğulanır. Davam etdiyi deyilən bu yenilikçi araşdırmanın nəticələri Science Advances jurnalında dərc olunub.
Orxan