
CHP sədri Özgür Özəl Bolu Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğında həyatını itirən 78 nəfərin anım proqramına qatılıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, hadisənin baş verdiyi “Grand Kartal” otelinin qarşısında ölən 78 nəfərin adı yazılmış qara pankart asılıb. Proqrama qatılan Özəl pankart önündə dua edib və qərənfillər buraxıb.
Özəl burada etdiyi mətbuat şərhində, 40 gün əvvəl Kartalkayada böyük bir fəlakət yaşadıqlarını və 78 həyatını itirdiklərini xatırladaraq, qrup toplantılarında fəlakətlə bağlı məsuliyyətlərin bütün aspektlərini ortaya çıxarmaq və məsul şəxsləri məsuliyyətə cəlb etmək üçün dövlətin verdiyi sözə əməl etməyə çalışdıqlarını ifadə etdi.
Oteldə baş verən yanğınla bağlı hökuməti tənqid edən CHP sədri Özgür Özəl, “Bu ölkənin idarəçiliyini onlara cavabdehlik verməyənlərin əlindən almalı, hesaba çəkməliyik ki, analar, atalar, həyat yoldaşları, uşaqları belə sadə ölümlərə görə yenidən ürəkləri qırılmasın”deyib.
78 nəfərin həyatını itirdiyi yanan otelin qarşısında çıxış edən Özgür Özəl “İstintaqı izləyirik” deyib.
Proqramın ardından Özəl, Bolu Bələdiyyə Başçısı Tanju Özcan və partiya üzvləri ilə birlikdə oteldə həyatını itirənlərin olduğu Kılıçarslan və Paşaköy qəbiristanlıqlarını ziyarət edib.
Orxan