
ABŞ-ın Nyu York şəhərindəki məşhur Times Meydanında Ramazan ayının gəlişi ilə yüzlərlə müsəlmanın qatıldığı iftar və təravih namazı qılınıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, soyuq havaya baxmayaraq, müsəlmanlar bir araya gələrək, namazla iftar edib, meydanda birlikdə təravih namazı qılıblar.
Təravih namazından əvvəl meydana toplaşan müsəlmanlar Fələstin xalqına dəstəklərini ifadə edən çıxışlar ediblər.
“Azad Fələstin” şüarlarının səsləndiyi meydanda İsrailin Qəzzaya hücumları təkbir səsləndirilərək etiraz edilib. Çıxışlarda İslamın tolerantlıq və anlayışa əsaslanan bir din olduğu vurğulanıb, Qəzza xalqına qarşı hücumların soyqırım olduğu bildirilib və bütün müsəlmanlara birlik çağırışı edilib.
Orxan
Gununsesi.info