Xoşqədəm Gürcüstandakı seçkilərə müdaxilə edir? - İttiham...

Gürcüstanın Vahid Milli Hərəkat partiyasının üzvü Nərgiz Əliyeva azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızını ölkədə keçirilən seçkilərə müdaxilə etməkdə ittiham edib.

Gununsesi.info xəbər verir ki, partiya üzvü bunu özünün Feysbuk səhifəsində yazıb.

“Xoşqədəm Hidayətqızı açıq şəkildə təbliğat aparıb, başqa ölkədə keçirilən seçkilərdə konkret partiyanı dəstəkləməyə çağırıb”, – o bildirib.

Qeyd edib ki, bununla bağlı ARB-yə rəsmi məktub göndəriləcək.

Nərgiz Əliyeva paylaşımında Hidayətqızının bu məlumatı haradan aldığını, xüsusən də Gürcüstan ərazisində mümkün hərbi münaqişələrlə bağlı açıqlamalarını sorğulayıb.

O, həmçinin Gürcüstan və Azərbaycanın müvafiq qurumlarından bu məsələ ilə dərhal məşğul olmağı tələb edib və Hidayətqızını üzr istəməyə çağırıb.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

Gununsesi.info