İki təyyarə havada toqquşdu: - ölənlər var

Avstraliyanın Oakdeyl şəhərində iki yüngül motorlu təyyarənin havada toqquşması nəticəsində 3 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, məlumatı Yeni Cənubi Uels ştatının polis idarəsi yayıb.

“Hazırda polis əməkdaşları hadisə yerində işləyir, qəzanın baş verdiyi əraziyə giriş məhdudlaşdırılıb”, – məlumatda bildirilib.

Hadisənin baş vermə səbəbləri və şəraiti araşdırılacaq.

Gununsesi.info