
Amerikanın “Boeing” şirkəti ciddi maliyyə problemləri və kosmik layihələrin həyata keçirilməsində uğursuzluqlar səbəbindən kosmik biznesini tamamilə satmaq qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qəzet yazır: “NASA bu yaxınlarda qərar verdi ki, iki astronavt Starliner gəmisində kosmosa ilk uçuş zamanı yaranan problemlərdən sonra SpaceX gəmisində BKS-dən qayıtmaq üçün bir neçə ay gözləsin”.
Bir neçə ildir ki, Amerika Aerokosmik Agentliyi ümidlərini İlon Maskın SpaceX şirkəti tərəfindən hazırlanmış Crew Dragon-a alternativ olacaq ikinci kosmik nəqliyyat növünün yaranmasına bağlayır biznesdəki çətinliklərə görə rəhbər işçilər də daxil olmaqla bütün işçilərinin 10%-ni ixtisar edəcək.