
İran İsrail Müdafiə Qüvvələrinin hücumuna cavab verməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.
Bildirilib ki, cavab reaksiyasından imtina Tehran tərəfindən vasitəçi ölkə vasitəsilə Təl-Əvivə göndərilib.
Daha əvvəl məlum olub ki, Rusiya hücumlardan bir neçə saat əvvəl İran hakimiyyətinə İsrailin gözlənilən hücumu barədə xəbərdarlıq edib.
Axios portalının məlumatına görə, İsrail də İrana zərbələrlə bağlı xəbərdarlıq edib və onlara cavab verməməyi tələb edib.
Şəbnəm