İsraili İrana hücumu başa çatıb

İsrail Müdafiə Qüvvələri  İrandakı hədəflərə hücumun başa çatdığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun Telegram-kanalında deyilir.

“Mən təsdiq edə bilərəm ki, biz İranın İsrailə hücumlarına İsrailin cavabını tamamlamışıq”, – deyə İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Hagari bildirib.

Onun sözlərinə görə, hərbi təyyarələr ölkəyə qayıdıb.

Bundan əvvəl İsrailin İrana hücumunda 100-dən çox təyyarədən, o cümlədən beşinci nəsil F-35 gizli qırıcılardan istifadə etdiyi məlum olub.

Oktyabrın 26-na keçən gecə İslam Respublikasına edilən hücum yəhudi dövlətinin oktyabrın 1-də məruz qaldığı raket hücumuna cavab idi.

KİV-in məlumatına görə, İranda onlarla strateji hərbi obyekt, o cümlədən raket və dron zavodları, həmçinin raket buraxılış bazaları hücuma məruz qalıb.

 

 

Gununsesi.info