Tıxacların aradan qaldırılması üçün paytaxt Bakıdan köçürülə bilərmi? - Ekspertdən açıqlama

Artıq uzun müddətdir ki, müzakirə olunan, gündəmə gələn, etirazlara səbəb olan bir məsəl ədə şəhərdə yaranan tıxaclardır.

İstisnasız olaraq hər gün yaranan uzun və bir o qədər də uzunmüddətli tıxaclar insanlara mənfi təsir edir, əsəblərini tarıma çəkir. 

Adi şeylərdən yaranan tıxaclara görə hər gün hamı işə tələsir, getdiyi işi də düzgün görə bilmir. 

Hətta ötən gün ölkə başçısı da çıxışında tıxacların çoxluğuna, həlli istiqamətinə toxundu. 

Bu məsələlər fonunda müzakirə olunan bir məsələ də paytaxtın köçürülməsidir.

Bir çox insanlar hətta bu variantın daha məqsədəuyğun olduğunu müzakirə edirlər.

Bəs görəsən, bunu etmək olarmı? 

Bu barədə Gununsesi.info-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu gün paytaxtın köçürülməsi priolitet olmasa da, tıxacların aradan qaldırılmasının başqa yolları da var:

“Görünür ki, hələlik paytaxtın köçürülməsi priolitet məsələ deyil. Dövlət proqramları və müxtəlif layihələrlə çalışılır ki, olan sıxlıq aradan qaldırılsın, nəqliyyat sistemi yaxşılaşdırılsın, yol infrastrukturu optimallaşdırılsın. Amma hər halda Bakıda deyil, digər bizim Beynəlxalq Hava Limanı olan şəhərlərin birində 50-100 min nəfərlik akadem şəhərin tikilməsi yaxşı olardı ki, tələbə-müəllimlər də orada qalıb işləyə bilsinlər.”

O bildirir ki, bu cür təcrübə bir sıra ölkələrdə də vardır:

“Bu gün kəndlərdən Bakıya gəlib işləyən müəllimlər var, eyni qayda ilə onlar Bakıdan da nisbətən qırağa gedərək işləyə, yaşaya bilərlər. Bu təcrübə bir sıra ölkələrdə mövcuddur, bizdə də ola bilər. Bu, həm də şəhərin yükünü də azaldar. Bakıda cəmləşmiş müxtəlif obyektlər var ki, onların şəhər kənarına çıxarılması yaxşı olar. Çünki bu gün insanlar mərkəzə doğru irəliləyirlər, məlumdur ki, hər şey burada cəmləşib. İstər qurumlar olsun, istərsə də dövlət qurumları. Onlar şəhər kənarında olsa, mərkəzdə bu cür sıxlıq olmaz. “

 

Orxan Saffari

Gununsesi.info