
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.
Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmədə hakimlərin sayının artırılmasına qərar verilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə hakim yaş həddi ilə əlaqədar yaxın zamanlarda təqaüdə göndəriləcək, ikisi isə bir müddət əvvəl vəfat edib.