“Sevimli Dad” – ın istehsalı dayandırılmayıb -RƏSMİ

Bir sıra media orqanlarında “Sevimli Dad” brendinin istehsalının dayandırılması ilə bağlı məlumatlar yayılıb.

Şirkətdən Gununsesi.info – ya verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Rəsmi məlumata görə, əvvəllər bu brendi istehsal edən “Milk Pro” MMC ləğv olunub.

Lakin “Sevimli dad” və “MilkPro” adlı süd məhsulları artıq bu ilin əvvəlindən Azera Holdingə daxil olan Azemal şirkəti tərəfindən istehsal olunur.

Məlumata görə, hazırda zavod tam gücü ilə fəaliyyətini davam etdirir və bazara keyfiyyətli, ekoloji təmiz süd məhsulları təqdim olunur.

Şirkət media nümayəndələrindən yalnız rəsmi mənbəyə istinad etmələrini xahiş edir.

 

 

Şəbnəm 

Gununsesi.info