Avropada çaylar daşıb, ölənlər var -Video

  • By ilhame
  • 21 Sentyabr 2024 14:10

Hazırda Avropada müşahidə edilən “Boris” siklonu səbəbindən İtaliyada çaylar daşıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, təhlükəli ərazilərdən yüzlərlə insan təxliyə edilib.

 

Ölkə rəhbərliyi insanları səyahətdən çəkinməyə və imkan çərçivəsində evdən işləməyə çağırıb.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdən insanların daşqınlardan xilas olmaq üçün evlərin üzərinə çıxdığını görmək mümkündür.

 

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa 24 nəfər “Boris” siklonunun qurbanı olub.

Gununsesi.info