Adil Əliyevlə Qarabağ qazisinin məhkəməsi düyünə düşüb

  • By admin
  • 10 Aprel 2025 16:56

44 Günlük Vətən Müharibəsinin veteranı Ceyhun Ağayevin Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilməsi barədə xəbər vermişdik.

Gununsesi.info-nun həmin  xəbərində deyilirdi ki,  icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci  (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir.

 

Aprelin 8 d-ə Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə işə  adıçəıkilən məhkəmədə baxılmasına dair Xəzər Rayon Məhkəməsinin müraciətinə baxılıb.

Xatırladaq ki, Adil Əliyevin şikayəti Xəzər Rayon Məhkəməsinə ünvanlansa da bu məhkəmə aidiyyat məsələsini əsas gətirərək baxmaqdan imtina edərək, işi baxılması üçün Suraxanı Rayonuna göndərib.

 

Ancaq şikayətə baxmaqdan imtina edən Suraxanı Rayon Məhkəməsinin hakimi Ünsiyyət Mirzəyeva isə  bu şikayətə harada baxılması üçün qərar Bakı  Apellyasiya Məhkəməsinin verməli olduğunu deyib.

Hakimin qərarı iş Bakı Apellyasiya Məhkəməsinı göndərilib.

Prosesdə çıxış edən icra başçısının vəkili də şikayətlərinə Suraxanı Rayonunda baxılmasına etiraz edib.

Ceyhun Ağayevin özü isə deyib ki, proses onun qeydiyyatda olduğu Saatlı rayonunda keçirilməlidir.

 

Gununsesi.info