ABŞ-li nazir: - "Onlar ömürlərinin sonuna qədər orada qalmalıdırlar"

  • By Admin2
  • 10 Aprel 2025 14:11

ABŞ prezidenti Donald Tramp administrasiyasının daxili təhlükəsizlik naziri Kristi Noem, MS-13 və Tren de Araqua bandalarının üzvü olduqları üçün El Salvador həbsxanasına göndərilənlər “ömürlərinin sonuna qədər orada qalmalıdırlar” deyib.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, Tramp administrasiyası Latın Amerikasının ən təhlükəli cinayət təşkilatları hesab edilən El Salvadorda yerləşən MS-13 və Venesuelada yerləşən Tren de Aragua quldur dəstələrinin üzvü olduqları səbəbi ilə saxladığı şəxsləri Salvador həbsxanasına göndərmişdi.

Sözügedən həbsxana “yer üzündə cəhənnəm” kimi də tanınır.

ABŞ administrasiyası MS-13 və Venesuelada yerləşən Tren de Araqua bandalarını “xarici terror təşkilatları” siyahısına əlavə edib. Prezident Trump, “qanunsuz immiqrasiyaya qarşı mübarizə” çərçivəsində “xarici terror təşkilatları” ilə əlaqəsi olan immiqrantların deportasiyasını sürətləndirmək üçün əvvəllər yalnız müharibə dövründə istifadə edilən Yad Düşmənlər Qanununu işə salıb.

Vaşinqton administrasiyası MS-13 və Tren de Araqua üzvləri olduqları səbəbilə saxlanılanları Salvador həbsxanasına göndərmişdi. Trampın 1798-ci ildə qəbul etdiyi Yad Düşmənlər Qanunu prezidentə sənədsiz immiqrantları hədəfə almaq və deportasiya etmək üçün fövqəladə səlahiyyətlər verir.

Orxan

Gununsesi.info