
İsrailin müdafiə naziri Yisrael Katz, 18 Martda atəşkəsi pozaraq hücumlara başladıqları Qəzza zolağının cənubundakı Rəfah şəhərini işğal edəcəklərini və bütün fələstinliləri sürgün edəcəklərini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Yedioth Ahronot” qəzetinin məlumatına görə, Qəzzada Rəfah və Xan Yunis şəhərlərini bir-birindən ayırmaq və bölmək üçün qurulan “Moraq dəhlizi”nə səfəri zamanı o, “Geniş ərazilər ələ keçirilərək İsrailin təhlükəsizlik zonalarına əlavə edilir, Qəzzanı daha kiçik və daha təcrid edir” deyib.
Nazir Katz İsrail ordusunun Misir sərhədindəki Moraq dəhlizi ilə Filadelfi dəhlizi arasındakı ərazini “tam nəzarətə götürəcəyini” və Rəfahın “bufer zona”ya çevriləcəyini açıqlayıb.
Katz həmçinin ABŞ prezidenti Donald Trampın fevral ayında elan etdiyi Qəzzada fələstinliləri zorla köçürmə planını həyata keçirmək üçün addımlar atdıqlarını iddia edib.
İsrail ordusu martın 18-dək qüvvədə olan atəşkəs dövründə bufer zona elan etdiyi Qəzza zolağının 18 faizlik ərazisini işğal edib
Orxan