
Hizbullahın siyasi qanadı kimi tanınan partiyanın deputatı Fədlallah Hizbullahın milli müdafiə strategiyası ilə bağlı dialoqa hazır olduğunu bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hizbullahın Livandakı siyasi qanadı olan “Müqavimət Sadiqlik Bloku”ndan olan millət vəkili Həsən Fədlallah paytaxt Beyrutda parlament binasında keçirdiyi mətbuat konfransında cari gündəmlə bağlı qiymətləndirmələr edib.
Fədlallah Hizbullahın milli müdafiə strategiyası ilə bağlı dialoqa hazır olduğunu bildirib. Bu bəyanat Hizbullahın yüksək rütbəli rəsmisinin Reuters xəbər agentliyinə Hizbullahın İsrailin Livanın cənubundan çəkilməsini və tərksilah” məsələsini müzakirə etmək üçün Livana qarşı təcavüzünə son qoymağı şərt qoyduğunu söyləməsindən sonra verilib.
Mətbuat konfransında danışan Fədlallah, İsrailin noyabrın 27- də qüvvəyə minən atəşkəsdən bəri həyata keçirdiyi hücumlarda aprelin 7-nə kimi 186 nəfərin həyatını itirdiyini, 480 nəfərin isə yaralandığını bildirib.
“Hökumət İsrailin hücumlarını dayandırmaq üçün rəsmi səylər göstərməyə borcludur. Hökumət yol xəritəsinə sadiq qalmalıdır” o, deyib.
Orxan