
Rusiya və ABŞ nümayəndə heyətləri ikinci dəfə İstanbulda görüşüblər. Nümayəndə heyətləri görüş üçün bir-birinin ardınca Rusiyanın İstanbuldakı Baş Konsulluğuna daxil olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Rusiya nümayəndə heyətləri ikinci dəfədir İstanbulda görüşür. Kritik təmas Rusiyanın İstanbuldakı Baş Konsulluğunda baş tutacaq.
Rusiya nümayəndə heyətinin ardınca ABŞ nümayəndə heyəti də konsulluğa gəlib.
Tamamilə mətbuata qapalı olan danışıqların ən mühüm gündəm maddəsinin səfirliklərin açılması və əlaqələrin gücləndirilməsi olacağı gözlənilir.
Görüşün axşam saatlarına qədər davam edəcəyi gözlənilir.
Orxan