
Güləş üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında növbəti medalını qazanıb.
Gununsesi.info xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan sərbəst güləşçi Əli Rəhimzadə bürünc medala layiq görülüb.
Rəhimzadə ukraynalı Andrey Sviridi 4:0 hesabı ilə üstələyib.
***
Güləş üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk medalını qazanıb.
Gununsesi.info xəbər verir ki, sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində yarışan İslam Bazarqanov bürünc medala layiq görülüb.
Bazarqanov bolqarıstanlı İvaylo Tisovu 12:2 hesabı ilə məğlub edib.