
Çin hökuməti öz vətəndaşlarına ABŞ-yə səfər edərkən təhlükəsizlik risklərini nəzərə almaları barədə xəbərdarlıq edib. İki ölkə arasında qarşılıqlı tarif artımı səbəbindən gərginlik artmaqda davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ” Çin və ABŞ arasında iqtisadi və ticarət əlaqələrinin pisləşməsi və ölkədəki təhlükəsizlik vəziyyəti səbəbindən çinli turistlər ABŞ-a səyahət risklərini qiymətləndirməli və səyahət edərkən diqqətli olmalıdırlar”, – Çin Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasında deyilir.
ABŞ-ın Ohayo ştatında Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsinə Çin Təhsil Nazirliyi də “Biz xaricdəki tələbələrə xatırladırıq ki, ABŞ-da həmin ştatda təhsil almağı seçərkən təhlükəsizlik riski qiymətləndirməsi aparsınlar” deyə o, çinli tələbələrə qarşı mənfi müddəalara işarə edib.
Ohayo ştatının Nümayəndələr Palatasında müzakirə edilən və qəbul edilən qanun layihəsi dövlət maliyyəsi alan universitetlərdən Çinin fəaliyyətinə istinad edərək “xarici təsirləri məhdudlaşdırmaq üçün tədbirlər görməyi” tələb edir.
Orxan