
“Yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər indi qeydiyyatdan keçməlidir. Burada pul qaçaqmalçılığı çox çətindir. Amma təəssüf ki, bəzi Qərb təşkilatları hələ çox yaradıcıdırlar”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib:
“Beləliklə, onlar müxtəlif kuryerlər vasitəsilə buraya pul daşımağın yeni yollarını tapıblar. Onlar bu pulu, əsasən, Gürcüstan vasitəsilə gətirirdilər. Gürcüstan deyəndə, pulun Gürcüstan tərəfindən ayrıldığını söyləmək istəmirəm. Bu, Gürcüstanda hələ də fəaliyyət göstərən Qərb qeyri-hökumət təşkilatlarındandır – xaricilərin nəzarətində olan Gürcüstan bankları vasitəsilə. Adsız kredit kartları və nağd pullar vəziyyətin sabitliyini pozmaq üçün buraya gətirilir.
Amma bunun izinə düşəndə, hüquq-mühafizə orqanlarımız həmin pul qaçaqmalçılarını məsuliyyətə cəlb edəndə bizi ittiham etməyə başlayırlar ki, guya biz bəzi qeyri-demokratik işlər görürük. Azərbaycanda vəziyyət belə idi. Ümidvaram ki, bu bitəcək, çünki tamamilə faydasızdır, mənası yoxdur. Kimin kim olduğunu hamı bilir. Amma buna baxmayaraq, bizdə zəmanət yoxdur ki, onlar bir gün yenə də bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq, sonra da yenidən Azərbaycanı istədikləri kimi idarə etmək fikrinə düşməyəcəklər“– İlham Əliyev bildirib.
Şəbnəm Rəhimova