
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.
Gununsesi.info xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
“Barselona” İspaniyada Almaniyanın “Borussiya Dortmund” klubunu, PSJ isə Fransada İngiltərə “Aston Villa”sını qəbul edəcək.
Qeyd edək ki, mərhələnin cavab oyunları 15-16 apreldə baş tutacaq.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel
23:00. “Barselona” (İspaniya) – “Borussiya Dortmund” (Almaniya)
23:00. PSJ (Fransa) – “Aston Villa” (İngiltərə)
İlk oyun günündə “Arsenal” İngiltərədə İspaniya “Real Madrid”ini 3:0, İtaliya “İnter”i isə Almaniyada “Bavariya”nı 2:1 hesabı ilə məğlub edib.
Gununsesi.info