Sabirabadda evdə yanğın olub: 5 nəfər xəsarət alıb, 2 nəfər tüstüdən zəhərlənib

  • By Günel
  • 10 Aprel 2025 09:21

Sabirabadda evdə yanğın olub.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info