Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medala sahib çıxdı

  • By Günel
  • 09 Aprel 2025 23:24

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Gununsesi.info -nun məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Dauren Kuruqluyevə (Yunanıstan) məğlub olub.

Bu, Azərbaycan millisinin yarışdakı ilk gümüş medalı olub.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) yarışın bürünc medalına sahib çıxıblar.

Gununsesi.info