Bakı-Quba yolunda ağır qəza - Xəsarət alanlar var

Xızı rayonunda iritonnajlı yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

İritonnajlı yük maşınlarının toqquşması nəticəsində xəsarət alanlar var. Həmçinin ərazidəki yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.info