ABŞ uşaq pornoqrafiyası araşdırması

  • By Admin2
  • 10 Aprel 2025 13:45

ABŞ-də milyonlarla fotoşəkilin yer aldığı uşaq pornoqrafiyası araşdırmasında dəstənin başçısının “Con De Vil” ləqəbindən istifadə edən Türkiyə vətəndaşı olduğu açıqlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Adanada yaşadığı iddia edilən Mehmet B.-nin tutulması üçün müraciət edilib.

Müstəntiqlər bildiriblər ki, dəstə fotoları 100 dollara TikTok vasitəsilə yayıb.

Mehmet B.-yə məxsus Almaniyada qeydiyyatda olduğu görünən internet saytı da bağlanıb.

İstintaqdakı bir detal Mehmet B.-nin Türkiyədə itkin düşən uşaqlarda əli ola biləcəyinə dair şübhələr yaradıb.

Dəstənin başçısı olaraq xarakterizə edilən Mehmet B. haqqında həbs qərarı çıxarıldığı və onun Floridaya təhvil verilməsi üçün işlərə başlanıldığı bildirildi.

İstintaq çərçivəsində şəbəkəyə sızan gizli agentlərdən biri təxminən 1.200.000 video və fotodan ibarət 6,7 terabaytlıq uşaq pornoqrafiyası almağa müvəffəq olub.

Prokurorun təhqiqatına rəhbərlik edən Rita Peters bildirib ki, video və fotolardakı uşaqların adları insan alverinin qurbanı olan və itkin düşən, istismar edilən uşaqların milli mərkəzində saxlanılan uşaqlardır.

Hüquq-mühafizə orqanları kağız izi yaratmaq üçün çoxsaylı şirkətlərə çağırış vərəqələri verməyə başladılar. Petersin verdiyi məlumat, foto və ya videoları paylaşılan uşaqların Türkiyədə itkin düşmüş uşaqlar ola biləcəyinə də şübhə yaradıb. Bu görüntülərdə itkin düşən uşaqların izlərinə də rast gəlmək olar. İstintaqla bu detala aydınlıq gətiriləcəyi gözlənilir.

Orxan

Gununsesi.info