İstanbulda Rusiya-ABŞ danışıqları başlayır

Bu gün İstanbulda Rusiya və ABŞ arasında məşvərətçi danışıqların növbəti raundu keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu, nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci mərhələsi olacaq.

Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

 

 

Gununsesi.info