Dünyanın ilk həqiqi “Robocop”u - Bunu nə ABŞ, nə Çin, nə də Rusiya etdi - FOTOLAR

  • By Günel
  • 18 Aprel 2025 13:09

Tailand cinayəti aşkarlaya və dayandıra bilən dünyanın ilk real robot polisini təqdim etdi. Robot-polisin xüsusiyyətləri görənləri şoka salıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tayland Polisi sosial mediada paylaşdığı bir yazıda komandasının ən yeni üzvünü təqdim etdi.

Dünyanın ilk süni intellektlə dizayn edilmiş robot polis məmuru Kiborg 1.0 Taylandın Nakhon Pathom əyalətində keçirilən Sonqkran festivalı zamanı işə salınıb.

Polis təhlükəli mühitlərdə və kriminal vəziyyətlərdə olan insanlara kömək etmək üçün dizayn edildi.

Dünyanın ilk gerçek Robocopu Ne ABD ne Çin ne de Rusya yaptı

İlk baxışdan Kiborg eyni rəsmi forma geyinən digər polislərə uyğun görünür. Lakin o, digər polislərdən xeyli hündür olduğu üçün gözə çarpan fərq yaradır.

Süni intellektlə işləyən zabitin adı polis polkovniki Nakhonpatom Plod Phaidir. Bu da “Nakhonpatom təhlükəsizdir” mənasını verir.

Dünyanın ilk gerçek Robocopu Ne ABD ne Çin ne de Rusya yaptı

 

Robot polis ştatın komanda və idarəetmə mərkəzi ilə birbaşa əlaqəli olan 360 dərəcə ağıllı süni intellekt kameralarına malikdir.

Süni intellekt texnologiyası həmçinin ona CCTV və dron görüntülərini təhlil edərək harada olur-olsun, baş verənləri izləməyə imkan verir.

O, yüksək riskli şəxsləri aşkarlaya bilən qabaqcıl üz tanıma texnologiyasına malikdir. O, yoldan keçənləri üz cizgilərinə, geyimlərinə, bədən tiplərinə və cinsinə görə müəyyən edir. Bu yolla heç bir şübhəli robot-polisin nəzarətindən qaça bilməyəcək.

Dünyanın ilk gerçek Robocopu Ne ABD ne Çin ne de Rusya yaptı

Kiborq, həmçinin şübhəli şəxsin üzərində bıçaq və taxta çubuqlar da daxil olmaqla çoxsaylı silahların olub-olmadığını aşkar edə bilir.

O, həmçinin cinayətkarların izini örtmək və onların özlərinə zərər verməsinin qarşısını almaq üçün güc tətbiq etmək qabiliyyətinə malikdir.

Günel Həsənova

Gununsesi.info