223 il həbs cəzası almış cinayətkar çobanlıq edərkən tutuldu -Foto

Türkiyənin Batmanda 223 il müddətinə qəti həbs cəzası olan M.Ş.B., jandarma tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uzun müddət gizlənmək üçün Beşiri rayonunun kənd ərazisində çobanlıqla məşğul olub. Maraqlıdır ki, həmin ərazi şübhəlinin qeydiyyatda olduğu Sason rayonundan uzaq və heç bir qohum-əqrəbasının yaşamadığı bir bölgədir.

Barəsində 20 vilayətdə “mülkiyyət əleyhinə cinayətlər” (oğurluq, soyğun, dələduzluq və s.) üzrə ümumilikdə 55 axtarış qərarı mövcud olub.

İl Jandarma Komandanlığı və JASAT (Jandarma Cinayət Axtarış Qrupları) tərəfindən 8 ay əvvəl başlanan əməliyyat nəticəsində M.Ş.B.-nin gizləndiyi yer müəyyən olunub. Əməliyyat zamanı o, çobanlıq etdiyi kənddə yaxalanıb.

Saxlanıldıqdan sonra hüquqi prosedurlar tamamlanan M.Ş.B., çıxarıldığı məhkəmənin qərarı ilə həbs edilib və Batman T Tipi Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərilib.

Qeyd edək ki, M.Ş.B. oğurluq, dələduzluq, icazəsiz mülkiyyətə müdaxilə və digər mülkiyyət əleyhinə cinayətlərdə təqsirli bilinib.

Batmanda 223 yıl hapisle aranıyordu Çobanlık yaparak saklanmış

Batmanda 223 yıl hapisle aranıyordu Çobanlık yaparak saklanmış

Batmanda 223 yıl hapisle aranıyordu Çobanlık yaparak saklanmış

Günel

Gununsesi.info