Tramp əcnəbi tələbələri hədəfə alır – 1000-dən çox viza ləğv edilib

ABŞ-da Tramp administrasiyası Fələstin tərəfdarı etiraz aksiyalarında iştirak edən əcnəbi tələbələrə qarşı sərt addımlar atır.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, son bir ay ərzində minə yaxın əcnəbi tələbənin viza və yaşayış icazəsi ləğv edilib.

Associated Press-in 160 universitetdən topladığı məlumata əsasən, ABŞ-da tələbə və məzun statusunda olan əcnəbilərə qarşı viza ləğvləri davam edir.

Vizası ləğv olunanlar arasında Qəzzaya hücuma etiraz edən əcnəbilər, eləcə də Hindistan və Çin vətəndaşları da var.

Bildirilib ki, mart ayından etibarən bu proses çərçivəsində çoxsaylı tələbənin hüquqi statusu pozulub. Vizalarının ləğv edildiyini tələbələrə əsasən e-poçt vasitəsilə bildirilir. Bu səbəbdən yüzlərlə tələbə deportasiya riski ilə qarşı-qarşıyadır.

Vizalarının səbəbsiz ləğvinə etiraz edən tələbələr Tramp administrasiyasını məhkəməyə veriblər.

ABDde Filistini destekleyen 1000i aşkın öğrencinin vizesi iptal edildi

Federal hakim Dartmut Kollecinin doktorantı Syaotian Liunun vizasının ləğvi ilə bağlı onun hüquqi statusunun bərpası üçün müvəqqəti qərar çıxarıb.

Montana Dövlət Universitetinin vizası ləğv edilən iki tələbəsinə isə müvəqqəti məhdudiyyət tətbiq edilib və onların hüquqi statusları bərpa olunaraq ABŞ-dan deportasiya olunmalarının qarşısı alınıb.

ABŞ dövlət katibi Marko Rubio isə martın sonunda verdiyi açıqlamada, Həmasa dəstək verdikləri iddiası ilə 300-dən çox əcnəbi tələbənin vizalarının ləğv edildiyini bildirib.

ABDde Filistini destekleyen 1000i aşkın öğrencinin vizesi iptal edildi

Eyni zamanda bəzi tələbələr, məsələn Massaçusetsdə yaşayan doktorantura tələbəsi Rümeysa Öztürk, ICE əməkdaşları tərəfindən birbaşa saxlanılıb. Daha öncə isə martın 25-i axşam iftara getmək üçün Massaçusetsdəki evindən çıxan doktorantura tələbəsi Rümeysa Öztürk, mülki geyimli İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, baş verənlər ölkədə və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur və insan haqları təşkilatları bu cür tədbirləri sərbəst ifadə və toplaşmaq azadlığına zidd hesab edirlər.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info