“Qarabağ”ın qapıçısı yunan klubuna keçdi

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili Yunanıstanın “Panserraikos” klubuna keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun rəsmi saytı paylaşım edib.

25 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqavilə imzalayıb. Onun sözləşməsi 2026-cı ilədək qüvvədə olacaq.

Qeyd edək ki, Quqeşaşvili 2022-ci ildən “Qarabağ”ın uğurları üçün çalışıb.

 

 

Gununsesi.info