NATO baş katibi ABŞ müdafiə naziri ilə müzakirələr aparıb

NATO-nun Baş katibi Yens Stoltenberq və ABŞ müdafiə naziri Lloyd Ostin paytaxt Vaşinqtonda keçiriləcək NATO Liderlər Zirvəsi öncəsi görüşüblər.

Gununsesi.info xəbər verir ki, bu bardə NATO-nın yaydığı açıqlamada məlumatlar verilib.

Məlumata görə, Stoltenberq Ostinə Ukrayna ilə bağlı güclü liderliyinə görə təşəkkür edib: “Bu, həqiqətən bir fərq yaratdı və hamımızın Ukraynaya görünməmiş dəstək verməsini təmin etdi”.

Rusiyanın Ukraynanın paytaxtı Kiyevdəki uşaq xəstəxanası da daxil olmaqla, müxtəlif nöqtələri hədəf alan hücumlarını qınadığını ifadə edən Stoltenberq, müttəfiqlərin Zirvə toplantısında NATO-nun Ukraynaya dəstəyini daha da gücləndirəcək qərarlar verəcəyini bildirib.

Stoltenberq Zirvə toplantısında çəkindirmə və müdafiə mövzularının da müzakirə ediləcəyini qeyd edərək deyib: “Müttəfiqlər göstərəcəklər ki, hər hansı bir təcavüzkarın qarşısını almağa davam etmək üçün lazım olan qüvvələrə, hazırlıqlara və imkanlara sahibdirlər”.

Görüş zamanı Ostin Stoltenberqə ABŞ Müdafiə Nazirliyinin əcnəbi vətəndaşa verə biləcəyi ən yüksək mükafat olan medal təqdim edib.

 

 

Ceyhun

Gununsesi.info