Türkiyədə 150 nəfər bulaq suyundan zəhərlənib

  • By ilhame
  • 09 İyul 2024 13:00

Türkiyənin Hatay vilayətində 150 nəfər mədən suyundən zəhərlənib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

 

Bildirilib ki, hadisə Arsuz rayonunun Işıklı və Tatarlı kəndlərində qeydə alınıb. Belə ki, bulaq suyundan içən 150 nəfər ürəkbulanmadan şikayət edib. Onlar xəstəxanaya müraciət ediblər.

 

Sudan nümunələr götürülüb.

 

Nəticələr əsasında tədbirlər görüləcəyi bildirilib.

Gununsesi.info