ABŞ NATO sammitinin təfərrüatlarını açıqlayıb

İyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitin bəyannaməsində Ukraynanın NATO-ya daxil olması geri dönməz adlandırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, bəyannamə layihəsi hələ ki, yekun variant qəbul olunana qədər dəyişə bilər.

Məlumata əsasən əgər sənəd Ukraynanın demokratik islahatlar üzrə işinin davam etməli olduğunu təsdiqləyirsə Ağ Ev də yekun bəyannamədə vəziyyəti dəstəkləyir.

Bildirilir ki, Şimali Atlantika Alyansının sammitindən sonra sənədin yekun variantında bu ifadə yer alacaq.

Qeyd edək ki, bundan əvvəl hərbi blokun baş katibi Yens Stoltenberq bildirib ki, NATO sammitində qəbul ediləcək Ukraynaya dəstəyin gücləndirilməsi qərarı Şimali Atlantika Alyansını münaqişənin bir hissəsinə çevirməyəcək.

 

 

Şəbnəm

Gununsesi.info