Sui-qəsd cəhdindən sonra baş nazir vəzifəsinə qayıdıb

Mayın 15-də sui-qəsd cəhdindən sonra Slovakiyanın baş naziri Robert Fiko öz işinə qayıdıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.

Bildirilir ki, Fiko Slovakiyanın qərbindəki Trnava şəhəri yaxınlığındakı Slovenska Nova Ves kəndindəki Agro Voderady kənd təsərrüfatı birliyinə baş çəkib.

Baş nazir məhsul yığımının gedişatını nəzərdən keçirib və 2024-cü ildə bunun əvvəlki illərlə müqayisədə daha az olacağını bildirib: “İqlim dəyişikliyi bir reallıq kimi qəbul edilməlidir. Hökumət başçısı liftlərin doldurulması ilə bağlı məsələlərlə də məşğul olmalıdır”.

Qeyd edək ki, baş nazir ilk dəfə ötən cümə günü ictimai tədbirdə iştirak edib.

 

 

 

İlhamə

Gununsesi.info