Belarus və Çin xüsusi təyinatlıları antiterror təlimləri keçəcəklər

Polşa sərhədinə yaxın ərazidə yerləşən poliqonda  Belarus və Çin xüsusi təyinatlıları birgə antiterror təlimləri keçəcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi bildirib.

Məlumatda qeyd edilir ki, Brestski poliqonunda Belarus və Çinin “hücum edən Şahin” adlı birgə antiterror təlimi zamanı Belarusun Xüsusi Əməliyyat Qüvvələrinin hərbi qulluqçuları Pekindən olan həmkarları ilə birlikdə gecə desant əməliyyatları və sudan keçmək üzrə təlim keçəcəklər.

Xatırladaq ki, bundan əvvəl Belarusun Müdafiə Nazirliyi məlumat vermişdi ki, iyulun 8-dən 19-dək Çin Xalq Azadlıq Ordusunun ölkəyə gələn hərbi qulluqçularının iştirakı ilə antiterror təlimləri keçiriləcək.

Hərbi idarə qeyd edib ki, birgə təlim onlara təcrübə mübadiləsi aparmağa, Belarus və Çin birləşmələrini uyğunlaşdırmağa imkan verəcək.

 

 

 

Ceyhun

Gununsesi.info