Türkiyə polisi terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 12 nəfəri saxlayıb

Türkiyənin İstanbul və Sakarya şəhərlərində düzənlənən əməliyyatda terror təşkilatı olan DHKP/C-nin sahə strukturlaşma və təşkilatlanma görüşlərini həyata keçirdikləri təsbit edilən 12 şübhəli saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İstanbul Təhlükəsizlik İdarəsi məlumat yayıb.

Əməliyyatlar İstanbulda 14, Sakaryada 1 ünvanda həyata keçirilib.

Şübhəlilərdən ikisinin təşkilatın ideya və ideologiyalarına uyğun hərəkət etdiyi bilinən və əməliyyatın keçirildiyi ünvanlardan biri olan Şişlidəki İdil Mədəniyyət Mərkəzində yaxalandığı qeyd olunub.

Axtarışlar zamanı 2 ədəd yanmış noutbuk, çoxlu sayda mobil telefon və rəqəmsal materiallar götürülüb.

Polis əməliyyatları davam etdirir.

 

 

Ceyhun

Gununsesi.info