
Fransa prezidenti Emmanuel Makron baş nazir Qabriel Attalın istefasını qəbul etməyib və ondan vəzifəsində qalmasını istəyib.
Gununsesi.info xəbər verir ki, bu barədə BFM TV Yelisey sarayına istinadən məlumat yayıb.
“Emmanuel Makron “ölkənin sabitliyini təmin etmək” üçün Qabriel Attaldan “hələlik” baş nazir olaraq qalmasını xahiş edir”, – deyə nəşr qeyd edir.
Bildirilir ki, eyni zamanda Qabriel Attal daha əvvəl bəyan edib ki, o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazırdır: “Bir neçə həftədən sonra respublikanın çoxlu sayda insanı qəbul edəcəyini nəzərə alsaq, ölkəmizdəki siyasi vəziyyət misilsizdir”.
Attal Parisdə keçiriləcək Olimpiya Oyunlarına toxunaraq, lazım olan qədər xidmət edəcəyini bildirib.
Xatırladaq ki, Attal 2024-cü ilin yanvarında Fransa hökumətinə rəhbərlik edib. Onun cəmi 34 yaşı var və ölkə tarixində Nazirlər Kabinetinin ən gənc rəhbəridir.
O, prezident Emmanuel Makronun partiyasının Fransa parlamentinə erkən seçkilərdə məğlub olmasından sonra istefa verməli olub.
Şəbnəm
Gununsesi.info