Deputat: “Şəhid ailələri və qazilərə aylıq maddi yardım etmişəm”

  • By admin
  • 08 İyul 2024 15:54

Bir neçə gün əvvəl 5 illik deputatlıq fəaliyyətini tənqid etdiyimiz, fəaliyyətinin yalnız mənasız tədbirlərdə plaket və mükafat almağa həsr edən deputat  Jalə Əhmədova fəaliyyətinə dair hesabat yayıb.

Gununsesi.info bildirir ki, Jalə Əhmədova VI çağırış Milli Məclisinin deputatı olmasından qürur duyduğunu deyib.

Deputatın hesabatında diqqətçəkən məqamlardan biri də onun seçicilərinə maddi yardım etməsi barədə dedikləridir:

Vətən müharibəsi şəhidləri və qazilərin ailələrini ziyarət edərək qayğıları ilə maraqlanmış, onların kommunal xərclərinin ödənilməsi, maddi yardımla təminatı, müayinə və müalicə olunması, reabilitasiya mərkəzlərinə göndərilməsi, mənzil təmiri, ev tikintisi və işlə təmin edilməsi məsələlərinin həllində müvafiq köməklik etmiş, həmçinin tərəfimdən vətəndaşların müxtəlif təyinatlı müraciətləri üzrə maddi və digər köməkliklər göstərilmişdir.

 Bununla yanaşı, Vətən müharibəsi şəhidlərinin və qazilərin ailəsini (7 ailə) şəxsi nəzarətimə götürmüş, 2020-ci ilin dekabrından indiyədək hər bir ailəyə aylıq olaraq müəyyən məbləğdə maddi yardım göstərirəm”.

Günay Mahirqızı

Gununsesi.info