
ABŞ Polşaya ordusunun modernləşdirilməsinə dəstək olmaq məqsədilə “Xarici hərbi maliyyələşdirmə (FMF)” proqramı çərçivəsində yenidən 2 milyard dollar kredit verəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat açıqlayıb.
Məlumata görə, proqram çərçivəsində Polşa ilə 2 milyard dollarlıq kredit müqaviləsi imzalanıb.
Məlumatda Polşanın təhlükəsizliyinin NATO-nun şərq cinahı üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb və Polşa ordusunun əhəmiyyətli dərəcədə gücləndirməyi planlaşdırdığı bildirilib.
Açıqlamada kredit müqaviləsinin Polşanın ABŞ-dan müdafiə məhsulları almasına dəstək verəcəyi, müqavilə ilə Polşanın müdafiə modernləşdirilməsi prosesi və səylərinin sürətləndiriləcəyi bildirilib.
Açıqlamada, Polşaya veriləcək maliyyənin NATO-nun şərq cinahının müdafiə və gücləndirilməsinə də töhfə verəcəyi qeyd olunub.
Xatırladaq ki, ABŞ ötən il də proqram çərçivəsində Polşaya 2 milyard dollar kredit vermişdi.
Ceyhun
Gununsesi.info