Yaponiya NATO ilə gizli rabitə sistemi yaradır

Yaponiya hökuməti və NATO rəhbərliyi məxfi məlumatların mübadiləsi və məxfi danışıqların aparılması üçün qapalı rabitə sisteminin yaradılması barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu brədə “Asahi” qəzeti məlumat dərc edib.

Qeyd olunub ki, bu barədə razılaşma Yaponiyanın Baş naziri Fumio Kişidanın Şimali Atlantika Alyansının iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində iştirakı zamanı əldə edilə bilər.

Ötən il Tokio NATO ilə kibertəhlükəsizlik, kosmik əməliyyatlar və məlumat mübadiləsi daxil olmaqla, 16 sahədə əməkdaşlıq sazişi imzalayıb.

Alyansın Brüsseldəki qərargahında Yaponiyanın daimi nümayəndəliyi fəaliyyət göstərir.

Kişida bu il üçüncü dəfə NATO sammitində iştirak edəcək.

O, bu məqsədlə iyulun 10-da Vaşinqtona gələcək və iyulun 11-də orada bir sıra çoxtərəfli və ikitərəfli görüşlər keçirəcək.

 

 

Ceyhun

Gununsesi.info