Ömər Çelik: Merihi hədəf alan avropalı siyasətçilər PKK-ya qarşı səssizdirlər

  • By ilhame
  • 08 İyul 2024 19:19

Merihi hədəf alan avropalı siyasətçilər PKK-ya qarşı səssizdirlər.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, türkiyəli futbolçu Merih Demirelə verilən cəza qəbuledilməzdir və bu məsələdə siyasi elementlər var.

 

Qeyd edək ki, Merih Dəmiral iyulun 3-də Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. Buna görə UEFA futbolçunu cəzalandırıb. 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.

Gununsesi.info