Rusiyanın raket hücumlarında ölənlərin sayı 36-ya çatıb - Ukrayna rəsmiləri

Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın ölkəsinə qarşı intensiv raket hücumları nəticəsində ölənlərin sayının 36-ya, yaralıların sayının isə 166-ya yüksəldiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, ukraynalı nazir mətbuat konfransında Rusiyanın Ukraynanın paytaxtı Kiyev, Kriviy Riq, Dnepr və digər şəhər və yaşayış məntəqələrinə gündüz saatlarında həyata keçirdiyi raket hücumları ilə bağlı son vəziyyətlə bağlı məlumat verib.

Qeyd olunub ki, hücumlar zamanı Kiyev şəhərində 25, Ukraynanın digər vilayətlərində 11 nəfər həlak olub və 166 nəfər yaralanıb.

Ukrayna Prezidenti Vlodimir Zelenski isə Rusiyanın paytaxt Kiyevə intensiv raket hücumu nəticəsində uşaq xəstəxanasının zədələndiyini bildirib.

Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın Ukraynaya intensiv raket hücumu təşkil etdiyini bildirib.

Bildirilib ki, Kiyevdən başqa Dnepr, Kriviy Riq, Slovyansk və Kramatorsk şəhərləri də 40-dan çox müxtəlif raketlə hədəfə alınıb.

 

 

Ceyhun

Gununsesi.info