NATO daxilində parçalanacaq -Ekspert

“NATO hazırda bölünüb və iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitin nəticəsi bəlli deyil”.

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin Nyu Yorkdakı Şiller İnstitutunun sözçüsü Riçard Blek bildirib.

O, xatırladıb ki, ötən həftə Macarıstanın baş naziri Viktor Orban Ukrayna lideri Vladimir Zelenski, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinlə bir sıra şəxsi sülh danışıqları aparıb:“Ən azı, bu, potensial olaraq müharibəni bitirmək üçün danışıqlara səbəb ola bilər”.

Ekspert aydınlaşdırıb ki, qarşıdan gələn sammitdə Macarıstan və Slovakiyanın nümayəndələri – Ukrayna böhranının diplomatik yolla nizamlanmasının tərəfdarı olan ölkələrin liderləri iştirak edəcək və Fransa, Böyük Britaniya, Almaniya, ABŞ-dan da nümayəndələr olacaq.

Onun fikrincə nəticə qeyri-müəyyəndir və alyans daxilində parçalanacaq.

Qeyd edək ki, əvvəllər məlum olub ki, NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya yardımla bağlı bir neçə əsas açıqlama olacaq.

 

 

Şəbnəm

Gununsesi.info