
İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda aralarında uşaqların da olduğu azı 15 fələstinli ölüb, 22 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin səhiyyə mənbələri məlumat yayıb.
Bildirilir ki, İsrailin “Nusayrat qaçqınlar düşərgəsi”ndəki bir evə hücumu nəticəsində 7 fələstinli həyatını itirib, bir neçəsi isə yaralanıb.
Düşərgənin şimalında UNRWA məktəbinin atəşə tutulması nəticəsində oraya sığınan 13 fələstinli yaralanıb.
Deyr e-Belah şəhərində bir evə edilən digər hücumda isə aralarında ana və uşağı olmaqla 3 nəfər həyatını itirib, digərləri isə yaralanıb.
Bu arada İsrail ordusu Qəzza şəhərinə qurudan və havadan hücumlarını davam etdirir.
İsrail təyyarələrinin Sahabe küçəsində həyata keçirdiyi hücumlarda 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Yenə şəhərə edilən hücumlar zamanı dağıntılar altından biri uşaq olmaqla, 4 nəfərin və 7 yaralının cəsədi çıxarılıb.
Bölgə sakinləri əsgərlərin evləri boşaltmalarını istədiklərini, daha sonra təyyarələrin evləri hədəf alan hücumlar təşkil etdiyini, əsgərlərin evdən çıxdıqdan sonra itləri onların üstünə qoyduğunu bildiriblər.
Xatırladaq ki, İsrail döyüş təyyarələri və artilleriya bölmələri dünən səhər saatlarında Qəzza şəhərinin cənub-qərbində Derak, Rimal, Sanayi, Tel əl-Hava, Tuffah və İçəri şəhər kimi bir çox ərazini intensiv şəkildə bombalayıb.
Ceyhun
Gununsesi.info