
İsveçrə siyahıya 69 fiziki və 47 hüquqi şəxs daxil olmaqla Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bundan əlavə, ölkədə RİA Novosti də daxil olmaqla dörd Rusiya KİV-inə reklam qadağası tətbiq edilib.
Eyni zamanda, Avropa İttifaqından fərqli olaraq, onların yayımını qadağan etmir.
İyunun 12-də ABŞ Rusiyaya, Asiya, Yaxın Şərq, Avropa və Afrikadan olan 300 fiziki və hüquqi şəxsə qarşı yeni anti-Rusiya sanksiyaları tətbiq edib.
Onların arasında Rusiya və Çindən 30-dan çox fiziki şəxs və 200-dən çox struktur var.
Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyi bu məhdudiyyətləri Ukraynada keçirilən xüsusi əməliyyatda Rusiyaya yardım etdiyi iddiasına görə tətbiq edib.
Daha sonra Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirərək Ukraynanı da əhatə edib.
Siyahıya iki fiziki və dörd qurumu əlavə edib.
Şəbnəm
Gununsesi.info