
Hindistanın Baş naziri Narendra Modi Moskvaya səfəri zamanı hind icması ilə görüşündə Rusiyada iki yeni Hindistan konsulluğunun – Kazan və Yekaterinburqda açıldığını elan edib.
Gununsesi.info xəbər verir ki, o bu barədə icma qarşısında çıxışı zamanı deyib: “Sizinlə daha bir yaxşı xəbəri bölüşmək istəyirəm. Biz Rusiyada iki yeni konsulluq açırıq ki, bu, səyahətləri və işgüzar əməkdaşlığı asanlaşdıracaq”.
Hindistan hökumətinin başçısı bazar ertəsi günü 22-ci Rusiya-Hindistan sammitinin keçiriləcəyi Moskvaya səfərə gəlib.
Yola düşməzdən əvvəl Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini söyləyib.
Modi deyib ki, Hindistan və Rusiya arasında xüsusi imtiyazlı strateji tərəfdaşlıq son 10 ildə enerji, təhlükəsizlik, ticarət, investisiya, səhiyyə, təhsil, mədəniyyət, turizm və insanlar arasında mübadilə sahələrində inkişaf edib.
Xatırladaq ki, iyulun 8-də Rusiya və Hindistan liderləri Novo-Oqarevoda qeyri-rəsmi şəraitdə görüşüblər.
İki ölkənin nümayəndə heyətləri arasında rəsmi danışıqlar iyulun 9-na planlaşdırılıb.
Ceyhun
Gununsesi.info