Viktor Orban Çinə səfəri ilə bağlı Avropa Komissiyasına məlumat verməyib

Macarıstanın Baş naziri Viktor Orban Çinə səfərindən əvvəl Avropa Komissiyası (AK) ilə əlaqə saxlamayıb və səfərin nəticələri barədə məlumat verməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə AK-nin sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Avropa Komissiyasının Orbanın Aİ Şurasında Macarıstanın sədrliyindən istifadə edərək Rusiya, Çin və Ukraynaya səfər etməsinə münasibəti ilə bağlı suala Mamer belə cavab verib: “Avropa Komissiyası Şura Sədrliyinin imicinə görə məsuliyyət daşımır”.

Qeyd edək ki, Orban uyulun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib.

Bundan sonra o, Çinə səfər edib.

İyulun 2-də isə o, Kiyevə səfər etmişdi və burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə münaqişənin həlli barədə birgə müzakirə aparmışdı.

 

 

Ceyhun

Gununsesi.info