ABŞ dörd patrul katerini Ukrayna sərhədçilərinə təhvil verib

ABŞ dörd patrul katerini Ukrayna Dövlət Sərhəd Xidmətinə təhvil verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfiri Bridcet Brink məlumat verib.

“Keçən həftə ABŞ Ukrayna sərhədçilərinə dörd patrul gəmisini təhvil verdi”, – deyə səfir öz sosial hesabında yazıb.

Brink qeyd edib ki, onlar Ukraynanın sahil xəttini, limanlarını və çaylarını qorumaq niyyətindədirlər və daha ​​çox gəmilərə taxıl və digər həyati əhəmiyyətli malları dünya bazarlarına çıxarmağa imkan verəcəklər.

“Military” nəşrinin müşahidəçiləri Brinkin dərc etdiyi fotonu araşdırıb və belə qənaətə gəliblər ki, söhbət “Metal Shark 45 Defiant” patrul katerlərindən gedir.

Onlar bütövlükdə alüminium konstruksiyaya malikdirlər, 35-40 düyün sürətə çata bilirlər və müasir naviqasiya sistemləri ilə təchiz olunublar.

Korpusun uzunluğu 13,8 m, eni 4,6 m olan “Metal Shark” qayıqları ölkəyə ilk dəfə 2022-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələrinin çay flotiliyasının tərkibində fəaliyyət göstərmək üçün gətirilib.

 

 

Ceyhun

Gununsesi.info