
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin sabiq klubu olan Türkiyə təmsilçisi “Adana Dəmirspor”un yeni baş məşqçisi müəyyənləşib.
Gununsesi.info kubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əyalət klubu avstraliyalı Maykl Valkanislə anlaşıb.
49 yaşlı çalışdırıcı ilə 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, “Adana Dəmirspor”u son olaraq Hikmət Karaman çalışdırmışdı.
Gununsesi.info