
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək.
Gununsesi.info xəbər verir ki, günün yeganə oyunu Zirə İdman Kompleksində baş tutacaq.
“Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. 20:00-da başlayacaq görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
“Turan Tovuz” son 2 oyunda qol vurmayıb. “Zirə”nin son 2 ev matçı heç-heçə nəticələnib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 64 xalla 2-ci, Kurban Berdıyevin komandası isə 49 xalla 4-cü pillədə qərarlaşıb
Qeyd edək ki, turun digər matçları mayın 3-4-də keçiriləcək.
Gununsesi.info